Xəbər lenti

Məhsəti Gəncəvinin 900 illiyi UNESCO-da qeyd olunacaq
Ölkə06:04 08.05.2013

Məhsəti Gəncəvinin 900 illiyi UNESCO-da qeyd olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyindən bildiriblər ki, mayın 16-da UNESCO-nun baş qərargahında Şərq aləmində tanınan şair və elm xadimi Məhsəti Gəncəvinin 900 illiyi təntənəli şəkildə qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin daimi nümayəndəliklə birgə təşkil edəcəyi yubiley tədbiri Məhsəti Gəncəvinin zəngin şəxsiyyətinin və çoxsahəli fəaliyyətinin, o dövrdə cəmiyyətdə oynadığı rol ilə qadın hüquqlarının ilk müdafiəçilərindən biri kimi beynəlxalq səviyyədə tanınmasına töhfə verəcək.

Rəsmi və bədii hissədən ibarət yubiley gecəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tang, Məhsəti Gəncəvinin həyat və yaradıcılığının tədqiqatçısı, AMEA-nın müxbir üzvü, deputat Rafael Hüseynov çıxış edəcəklər.

Tədbirdə azərbaycanlı aktyorların ifasında şairin rübailəri səsləndiriləcək, qədim musiqi alətlərindən ibarət ansamblın çıxışı olacaq, M.Gəncəvinin miniatürlərindən bəhs edən film nümayiş etdiriləcəkr.

Qaynar.info