Xəbər lenti

Məhşur rejissorumuz öldü
Sənət16:44 20.01.2015

Məhşur rejissorumuz öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın tanınmış kinorejissoru, aktyoru və ssenaristi Hafiz Fətullayev bu gün 70 yaşında vəfat edib. Bu barədə Trend-ə Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Qeyd edək ki, H.Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra Azərbaycan Dövlət Dram Teatrında işləyib.
1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi.
H.Fətullayev "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" (G.Əzimzadə ilə birgə) filmlərinin quruluşçu rejissorudur.
Qaynar.info