Dünən, fevralın 27-də Meksika narkotik kartellərinə rəhbərlik etməkdə, qətllərdə və digər cinayətlərdə mühakimə və ittiham olunan 29 narkobaronu ABŞ-a təhvil verib.
Qaynarinfo xəbər verir ki, onların arasında onilliklər boyu dəmir barmaqlıqlar arxasında qalan köhnə narkotik kartellərinin liderləri, həmçinin ABŞ-a fentanil idxal edən müasir qrupların liderləri var.
Amerika mediasına görə, belə genişmiqyaslı ekstradisiya ilə bağlı qərar Meksika ilə ABŞ arasında rüsumların artırılması ilə bağlı danışıqların bir hissəsi ola bilər. ABŞ prezidenti Donald Tramp dəfələrlə Meksikadan gətirilən mallara rüsumları qaldıracağına söz verib, o cümlədən, onun hakimiyyətini qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə kifayət qədər iş görməməkdə ittiham edib.
Digərləri arasında 1985-ci ildən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin agentini öldürdüyü iddiası ilə axtarışda olan Rafael Karo Quintero ABŞ-a ekstradisiya edilib. Həmçinin ABŞ-a ekstradisiya edilənlər arasında Meksikanın ən çox axtarılan narkobaronlarından biri, "Jalisco New Generation Cartel” adlanan qruplaşmanın rəhbəri Nemesio Oseguera Servantesin qardaşı Antonio Oseguera Servantes də olub. ABŞ onun saxlanmasına kömək edəcək məlumat üçün 15 milyon dollar təklif edir. Meksikanın ən böyük Sinaloa Karteli də daxil olmaqla bir neçə digər qrupun yüksək rütbəli üzvləri də ekstradisiya edilib.
Aydın
Şərhlər