Meksikanın Puebla əyalətində Dieqo Maradonanın şərəfinə ölkənin ilk kilsəsi açılıb.
Qaynarinfo xəbər verir ki, kilsəyə gələn qonaqları məşhur futbolçunun Meksika sombrero şapkası və girişində bir cüt böyük futbol topu vazaları dayanan şəkilləri qarşılayır. Otağın içərisində Katolik ikonaları Maradonanın fotoları və afişaları ilə birlikdə asılıb. Şəkillər arasında gələcək ulduzun uşaqlıq kadrları və idmançının mərhum Kuba lideri Fidel Kastro və Papa Françis ilə görüşündən fotolar var.
Kilsəni açan Marselo Buşenin sözlərinə görə, bura insanların "futboldan danışa biləcəyi" bir yerdir.
"Reuters”in məlumatına görə, Maradonaya pərəstiş kultu bir neçə ölkədə müşahidə olunur, onun yarım milyondan çox izləyicisi var. 1998-ci ildə Argentinanın Rosario şəhərində futbolçunun şərəfinə dünyanın ilk kilsəsi açılıb. Qeyd edilib ki, futbol inancının yaradılması ideyası Maradonanın pərəstişkarları Alexandro Verona və Ernar Amesə məxsusdur. Onlar 1986-cı ildə futbolçunun ölkə millisini dünya çempionatında qələbəyə aparmasından sonra belə bir təşəbbüslə çıxış ediblər.
Alpər