Xəbər lenti

Məktəb direktorunun evindən 28 min dollar oğurlandı - Lənkəranda
Ölkə10:00 22.04.2015

Məktəb direktorunun evindən 28 min dollar oğurlandı - Lənkəranda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəran rayonunda məktəb direktorunun evi qarət olunub.

Anspress-in məlumatına görə, hadisə rayonun Xolmili kəndində qeydə alınıb.

Kənd orta məktəbinin direktoru Qasım Əliyevin evinə pəncərə şüşəsini qırıblar. Evə girən şəxslər 28 min ABŞ dolları oğurlayıblar.

Hadisə baş verən zaman evdə heç kim olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info