ABŞ-ın Vaşinqton ştatındakı orta məktəbdə atışma olub. Hadisə nəticəsində yeddi nəfər yaralanıb. Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Seattle Times” nəşri yayıb.
Məlumata görə, silahlı şəxs Marysville-Pilchuck 24 məktəbində atəş açıb. Onun sonradan özünü də güllələdiyi bildirilir. Üç nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hazırda polis məktəb binasının təxliyyəsini həyata keçirir.
Qaynar.info