
Femen üzvləri seçki qutularının olduğu stolun üzərinə sinələrini açaraq şüar söyləyib
Aktual.az xəbər verir ki, Beynəlxalq Qadın Haqları təşkilatı Femen Türkiyədə seçkilərə etiraz olaraq Üsküdardakı məktəblərdən birində aksiya keçirib.
Məktəbin giriş qapısında gözləyən FEMEN üzvləri, namizədlər tərəfindən paylanan reklam kağızlarını alaraq içəri girib.
2148 nömrəli seçki qutusunun olduğu müəllimlər otağına səs verəcəkmiş kimi girən FEMEN qadınları, şüar söyləyərək üzərlərindəki paltarları soyunublar. Səsvermə bülletenlərinin olduğu stolların üstünə çıxan qadınlar, ayaqlarıyla bülletenləri dağıdıblar.
Qaynar.info