Xəbər lenti

Məktəblilər gender bərabərliyi ilə bağlı məlumatlandırıldı
Ölkə10:00 25.04.2022

Məktəblilər gender bərabərliyi ilə bağlı məlumatlandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gender Bərabərliyi və Bərabər İmkanlar " layihəsi Xaçmaz və Şabran rayonlarında həyata keçirilir. 
Layihənin məqsədi cəmiyyətdə gender bərabərliyinə nail olmaq və bu işə tövhə vermək üçün gənclər arasında maarifləndirici tədbirlər keçirməkdir.
Növbəti tədbir Xaçmaz rayon 2 saylı tam orta məktəbdə keçirildi. Layihədə Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin məsul əməkdaşı Yaqut Məsimova və Xaçmaz rayon 2 saylı tam orta məktəbin rəhbər və müəllim heyəti iştirak etdilər.   Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.