Xəbər lenti

Melaniya Trampla bağlı inanılmaz iddia (FOTO)
Dünya09:52 19.10.2017

Melaniya Trampla bağlı inanılmaz iddia (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Trampın daim günəş eynəklərindən istifadə etməsi və normal görüntüsündən fərqli görünməsi müxtəlif iddiaların ortaya atılmasına səbəb olub.

"Qaynarinfo" xəbər verir ki, prezidentin qasırğa fəlakətinin yaşandığı Porto Rikoya səfəri zamanı yanında olan xanımının Melaniya Trapma bənzəmədiyi və onun dublyoru olduğu iddia edilib.

Trampın səfər zamanı həyat yoldaşı yanında olmasına rəğmən qurduğu cümlə diqqəti çəkib: “Mənimlə birlikdə bura qədər gələn həyat yoldaşım”. Trampın yanında olmasına baxmayaraq, yanında olmayan bir insan haqqında danışırmış kimi cümlə qurması və səs tonundakı dəyişiklik əlavə iddiaların yaranmasına səbəb olub.

Nərmin Həsənli
Qaynarinfo.Az