Xəbər lenti

Məlum və naməlum Fransa…
Hüseynbala Səlimov
Siyasət10:02 05.10.2020

Məlum və naməlum Fransa…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüseynbala Səlimov

Bəli, məlum olduğu kimi, Minsk Qrupunun üç mürgüləyən həmsədrinin fonundan yenə də Fransa ayrıca sezildi – bu ölkənin prezidenti özünün destruktiv bəyanatları və hiyləgər, yalançı açıqlamaları ilə yenə də suyu bulandırmağa cəhd etdi və haqlı olaraq azərbaycanlıların qəzəbinə tuş gəldi, hansılar ki, ötən həftənin sonunda nəinki ölkə parlamentində, hətta adi ictimai sorğularda və çıxışlarda bir daha Fransanın Minsk Qrupundan xaric edilməsi məsələsini qaldırdılar.

Çox yaxşı məlumdur, hətta uşaqdan böyüyə hamıya yaxşıca bəllidir ki, belə hal birinci dəfə baş vermir. Bu səbəbdən də Fransa üç həmsədrdən biri olanda Azərbaycanda çoxu buna tənqidi, hətta aşkar şəkildə neqativ yanaşdı.

Məsələ bundadır ki, hələ SSRİ-nin parçalanması ərəfəsində o vaxtki Fransa prezidenti Fransua Mitteran bəyan etmişdi ki, SSRİ-nin daxili sərhədləri inzibati sərhədlərdir və gələcəkdə onlara təzədən baxılmalıdır.

Hələ onda bir çox politoloqlar və konfliktoloqlar, xüsusən də beynəlxalq siyasət üzrə ekspertlər bu açıqlamanı gələcək post-sovet məkanındakı etno-ərazi münaqişələrinin "müjdəçisi” kimi, xüsusən də cənab Mitteranın erməni millətçilərinə bir yarınmaq cəhdi kimi qəbul etmişdilər.

Təsadüfi deyil ki, Dağlıq Qarabağla bağlı ilk acı xəbər də Fransadan gəldi: Mixail Qorbaçovun arvadı Raisa Qorbaçovaya qiymətli hədiyyə-rüşvəti Fransa erməniləri vermişdi, yenə də M.Qorbaçovun köməkçisi akademik Abel Aqanbekyan da Dağlıq Qarabağla bağlı ilk açıqlamanı məhz Fransada vermişdi.

Fransanın növbəti prezidenti Jak Şirak Azərbaycanla Ermənistan arasında nisbətən balanslaşdırılmış siyasət aparmağa çalışırdı, amma bunu onu Yelisey sarayında əvəz edən Nikolya Sarkozi haqqında qəti demək mümkün deyil, çünki məhz Sarkozi Ermənistanı Fransanın "kiçik bacısı” adlandırmışdı.

Hazırda estafeti prezident Emmanuel Makron qəbul edib, odur ki, biz Makronun ermənipərəst açıqlamalarını və cəhdlərini onun guya ki, siyasi planları ilə bağlı olması haqqındakı yozumları qətiyyən qəbul etmirik, o səbəbdən ki, Fransa prezidentləri həmişə ermənipərəst olub və istənilən halda ilk olaraq erməniləri müdafiə etməyə çalışıblar.

Bəs bu halda biz nə etməliyik? Birincisi, hərbi əməliyyatları davam etdirməli və ən azı maksimum dərəcədə Azərbaycanın hərbi üstünlüyünü təmin etməlyik, ona görə ki, bu vaxta qədər mövcud olan status-kvo daim bizim diplomatlara və siyasətçilərə mane olub, onlara erməni diplomatlarına təzyiq etməyə imkan verməyib.

İkincisi, cənab Makronun da bəyanatlarını cavabsız qoymaq lazım deyil. Burada bir detalı daim yadda saxlamaq lazımdır ki, bu və ya digər ölkələrin və təşkilatların hamısının bəyanatlarına prezidentin cavab verməsi, onları şərh etməsi vacib deyil – prezidentin köməkçiləri və xarici işlər naziri, xüsusən də deputatlar və parlament var.

Sonuncular isə təkcə qarşılıqlı bəyanatlarla yox, həm də səfərlərlə Fransa tərəfinin münasibətinə və qərarlarına təsir edə bilərlər. Məsələn, onlar Fransanın deputatlarını və jurnalistlərini Azərbaycana dəvət edə bilərlər ki, bilavasitə yerlərdə hər şeyi öz gözlərilə görsünlər, ermənilərin bizim mülki əhalini, onların sıx məksunlaşdığı əraziləri necə bombardman etməsinin şahidi olsunlar.

Belədə isə bizim diplomatların siyasi çəkisi birbaşa indiki Vətən müharibəsinin nəticələrindən asılı olacaq – inanın ki, biz bu müharibədə qalib gəlsək, nəinki həmsdərlər, hətta onların Minsk Qrupları və ATƏT-ləri yüyürə-yüyürə bizim tələblərimizi qəbul edəcəklər. Bunun üçün isə bizim bütün imkanlarımız var.

Digər həmsədrlərə, ABŞ və Rusiyaya gəldikdə, onlar hələ ki prosesə, daha doğrusu, müharibəyə sakit və qərəzsiz yanaşırlar. Biz dəfələrlə yazmışıq ki, Tramp ermənipərəst siyasətçi deyil, baxmayaraq ki, yaxın aylarda ABŞ-da prezident seçkiləri ekçiriləcək, o, yenə də erməni icması və lobbisinin maraqlarını nəzərə almağı düşünmür.

Rusiyaya gəldikdə isə, əvvəlki vaxtlardan fərqli olaraq, deyə bilərik ki, bizim bu ölkənin də ictimaiyyəti arasında dostlarımız var. Eyni sözləri Rusiya hökuməti və parlamenti haqqında da demək olar. Bəzi epizodik halları və guya Moskvanın İrəvana silah göndərməsi haqqındakı öz təsdiqini tapmamış xəbərləri nəzərə almasaq, Kreml səmtində hələ hər şey bir sakitlik içindədir, bəli, bir filmdə deyildiyi kimi: burada üfüqlər sakitdir...

Belədə isə, bu çox mürəkkəb və əlbəttə ki, şanlı günlərdə öz bəyanatlarımız və açıqlamalarımızla ehtiyatlı olmalıyıq ki, çünki onlar bizə dostların sayını azaltmaqda yox, artırmaqda yardımçı olmalıdır.

Bir daha qeyd edək ki, dostlarımız da çoxdur. Amma unutmaq lazım deyil ki, biz bu müharibəni nə qədər tez zəfərlə başa vursaq, nə qədər tez Azərbaycanın hərbi-coğrafi üstünlüyünü təmin etsək, elə dostlarımızçün də bir o qədər asan olar...