…1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. O, bu müsabiqədə ilk dəfə nəhəng sənətkarların qarşısında çıxış edir. "Qatar”ı oxumağa başlayır. Ardınca "Gəlmə-gəlmə” xalq mahnısını ifa edəndən sonra dahi Üzeyir Hacıbəyov bu ecazkar səsin ahəngi altında heyrətdən donub qalır...