
Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin apellyasiya şikayətinə baxılıb.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə M.İbrahim barəsində olan hökmdən verilən apellyasiya şikayəti ilə bağlı qərar verilib. Qərara əsasən şikayət təmin olunmayıb.
Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo.az