Şahmatçıların yeni reytinq siyahısı açıqlanıb.
Qaynarinfo FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın cəmi 1 qrossmeysteri yer alıb. Teymur Rəcəbov 2763 xalla 10-cu sırada qalıb. 5 pillə geriləyən Şəhriyar Məmmədyarov isə hazırda 2762 xalla 11-ci pillədə qərarlaşıb. Digər şahmatçılarımızdan Qədir Hüseynov (2 665) 69, Rauf Məmmədov (2 654) 89-cu yerə yüksəlib. Nicat Abbasov (2652) isə 93-cü sırada qərarlaşıb.
Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2 855) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2 800) ikinci, Dinq Liren (Çin, 2 799) isə üçüncü pillədə yer alıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 459) 25-cı, Gülnar Məmmədova (2 395) 68-ci, Xanım Balacayeva (2 369) isə 92-ci pillədə qərarlaşıb.
Səbuhi Həsənov