Xəbər lenti

Məmmədyarov gerilədi, Teymur irəlilədi
İdman06:47 01.04.2022

Məmmədyarov gerilədi, Teymur irəlilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan Şahmat Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, 2022-ci ilin mart ayına olan yeni reytinqin ilk onluğunda ölkəmizin bir şahmatçısı yer alıb. 
Şəhriyar Məmmədyarov 2771 xalla 7-ci pillədən 10-cu sıraya geriləyib. 2753 xalı olan milli komandanın digər üzvü Teymur Rəcəbov isə 1 pillə irəliləyərək 13-cü yerdə qərarlaşıb.
Yığma üzvlərindən Qədir Hüseynov (2661) 76, Rauf Məmmədov (2 656) isə 83 sırada yer alıb.
Reytinqin ilk "3-lüy”ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür.
Qadın şahmatçılardan ibarət milli komandamızın üzvlərindən Günay Məmmədzadə (2 454) 26-cı, Gülnar Məmmədova (2 387) 62-ci, Xanım Balacayeva isə (2 376) 71-ci yerdədir.
Səbuhi Həsənov