Lənkəranda keçmiş Balıq Konserv zavodunun ərazisi plana salınıb. Axar.az-a verilən xəbərə görə, müəssisənin sökülərək yerində yenisinin tikilməsi nəzərdə tutulub.
Bir müddət əvvəl “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov “Palsüd” zavodunu burada açmaq niyyəti olsa da, sonra plan dəyişib. Müstəqillikdən bəri istifadəsiz və fəaliyyətsiz qalan zavod Heydər Əliyev prospektində yerləşir.
Qeyd edək ki, bu yerin geniş ərazisi və dənizə yaxınlığı var. İndi bu köhnə müəssisənin binaları qalıb. Məlumatda deyilir ki, əhali balıq zonası olan Lənkəranda daha bir konserv zavodunun açılmasını istəyir.
Onu da deyək ki, Lənkəranda Balıq Kombinatı ASC və Lənkəran Balıq Konserv ASC fəaliyyətdədir.
Qaynar.info