Xəbər lenti

Mərhum diktorun xanımı: Leyli ingilis dilində aparıcıdır
Sənət09:19 06.11.2021

Mərhum diktorun xanımı: Leyli ingilis dilində aparıcıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur. Belə gündə xatırlanan şəxsiyyətlərdən biri də mərhum Xalq artisti, diktor Rafiq Hüseynovdur.
Xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova Qaynarinfo-ya açıqlamasında Rafiq Hüseynovun bütün tələbələri ilə daima ünsiyyətdə olduğunu bildirib:
"Həmişə evimizə gəlib-gedirlər, onların hər biri ilə aramızda dostluq münasibətləri var. Onlar Rafiqin həm doğum, həm də anım günündə ziyarət edirlər. Rafiqin dostları da daima onu və ailəsini yad edir. Televiziya və radio ilə bağlı tədbirlərə hər zaman dəvət olunuruq. Qızım AzTV-də çalışır, Leyli ingilis dilində aparıcıdır". 
Səbinə Hüseynova Rafiq Hüseynovun yarımçıq qalan arzularından danışıb:
"Rafiq müəllimsiz ailəmizə çətindir, onun hər zaman nəfəsi hiss olunur. Elə bir gün olmaz ki, mən qızımla onu anmayaq, evimizdə daxili dialoqlar bitmir. Onsuz çətinliyimizi hiss edirik. Rafıq gözəl dost, mehriban ailə başçısı idi. Hamı ilə dost idi. Həmişə dostluq münasibətlərinə önəm verirdi. Bu, nadir xüsusiyyətdir, sağlığında heç bir tələbəsi ondan incimədi. Arzuları vardı. Onun ən böyük arzusu qızı ilə bağlı idi. Çalışacam ki, onun qızı ilə bağlı yarımçıq arzularını həyata keçirim".
Qeyd edək ki, Xalq artisti, sevilən diktor Rafiq Hüseynov 2017-ci il oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. Diktor Yasamal qəbiristanlığında dəfn olunub. 
Bahar Rüstəmli