
Qaynar.info xəbər verir ki, C. Nağı yaşasaydı indi onun 41 yaşı olacaqdı.
Mərhum junralist i "Gündəlik Azərbaycan", "Alma", "Yeni Müsavat", "Bizim yol", "Həftə içi" kimi ölkənin əsas aparıcı media qurumlarında çalışıb. Ceyhun Nağı 2011-ci ilin avqust ayının 10-da dünyasını dəyişib.
Ölümündən sonra MİRAS İctimai Birliyi tərəfindən hazırlanan və bir sıra xeyirxah insanların dəstəyi ilə çap edilən mərhum jurnalist Ceyhun Nağıya həsr olunmuş “39-cu pillədə qırılan ömür” kitabının təqdimat mərasimi keçirilib. Kitabda mərhum jurnalistin yazıları və onun barəsində yazılan məqalələr toplanıb.
Qaynar.info