Xəbər lenti

Merkel qalib gəldi
Dünya05:08 23.09.2013

Merkel qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi iqtidarda olan Xristian Demokratik İttifaqı Partiyası (XDP) parlament seçkisində qalib gəlib.
Anspress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, Almaniya bundestaqına seçkidə adıçəkilən partiya 41,5% səs toplayıb.

Bu nəticə Şərqi və Qərbi Almaniyanın birləşməsindən sonra ən yüksək göstəricidir.

Lakin bu səslər XDP-yə parlamenti təkbaşına iqtidar üçün kifayət etmir. Hökuməti formalaşdırmaq üçün Merkel digər güclərlə koalisiyaya girməli olacaq.

Merkelin əsas rəqibi olan Sosial-Demokrat Partiyası (SDP) isə seçicilərin 25,7 fazinin səsini qazana bilib. Bu partiyadan kansler postu uğrunda Peer Ştaynbryuk mübarizə aparıb.

Qaynar.info