Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. Qanar.info xəbər verir ki, bu gün IX turun son iki oyunu baş tutub.
Günün ilk matçında "Neftçi" "İnter"i qəbul edib. "Bakcell Arena"da keçirilən paytaxt derbisində hesab açılmayıb və komandalar hərəyə bir xal qazanıb - 0:0.
Turun son matçında "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. "Qarabağ" ilk yarıda 3 qol vurub. Yeni transfer İnnosent Emeqara dubl edib, Cavid Tağıyev bir dəfə fərqlənib. İkinci yarıda özünə gələn "Xəzər Lənkəran" Qalin İvanov və Rauf Əliyevin qolları ilə fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb. Nəticədə "Qarabağ" 3:2 hesablı qələbə qazanıb.
Bununla da turnir cədvəlinin lideri dəyişib. Son çempion "Qarabağ" xal hesabını 17-yə yüksələdərək liderliyi ələ keçirib. "İnter" 16 xalla 2-ci, "Neftçi" 14 xalla 4-cü, "Xəzər Lənkəran" 11 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk iki oyun günündə 3 matç baş tutub. "Simurq" "Araz Naxçıvan"ı 4:0, "Qəbələ" "Sumqayıt"ı 3:1, "Bakı" AZAL-ı 1:0 hesabı ilə yenib.
26 oktyabr
Qarabağ - Xəzər Lənkəran 3:2
Qollar: İnnosent Emeqara, 19-pen; 28. Cavid Tağıyev, 33 - Qalin İvanov, 53. Rauf Əliyev, 56.
Neftçi - İnter 0:0
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 8 | 5 | 2 | 1 | 14:8 | 17 |
2 | İnter | 9 | 4 | 4 | 1 | 20:4 | 16 |
3 | Qəbələ | 9 | 4 | 2 | 3 | 10:11 | 14 |
4 | Neftçi | 8 | 4 | 2 | 2 | 6:7 | 14 |
5 | Simurq | 9 | 4 | 1 | 4 | 13:8 | 13 |
6 | Sumqayıt | 9 | 4 | 0 | 5 | 11:14 | 12 |
7 | Xəzər Lənkəran | 9 | 3 | 2 | 4 | 11:9 | 11 |
8 | Bakı | 9 | 3 | 1 | 5 | 7:19 | 10 |
9 | AZAL | 8 | 2 | 3 | 3 | 7:11 | 9 |
10 | ArazNaxçıvan | 8 | 1 | 1 | 6 | 7:15 | 4 |
Bombardirlər | Rəşad Eyyubov (Simurq) - 6. Mikel Alvaro (İnter) - 5. Məhəmməd Qurbanov (Sumqayıt), Nurlan Novruzov (Bakı), Cavid Hüseynov (Qəbələ) - 4. |
Qaynar.info