Xəbər lenti

Mərkəzi Bank valyuta ehtiyatlarının həcmini açıqladı
Ekonomiks12:25 02.02.2015

Mərkəzi Bank valyuta ehtiyatlarının həcmini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bank məlumat yaydı.

Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilinin sonunda 13,8 milyard ABŞ dolları təşkil edib.

365.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş iclasında bankın sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmovun sözlərinə görə, dəyişkən xarici mühit nəzərə alınmaqla valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi daim Mərkəzi Bankın diqqət mərkəzində olub. 

"Dünyada aşağı gəlirlilik şəraitində ehtiyatların valyuta və coğrafi diversifikasiyasının genişləndirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsində başlıca istiqamət seçilib.

Bu məqsədlə ilk dəfə olaraq Asiya investisiya portfelinin yaradılması istiqamətində tədbirlərin görülməsinə başlanılıb”- deyə, bankın sədri bildirib.

Qaynar.info