Xəbər lenti

Mərkəzi Bankdan dollar açıqlaması
Ölkə18:12 07.04.2015

Mərkəzi Bankdan dollar açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir". Bunu anspress-ə açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirdi.
Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: "Sabah kəskin bahalaşma barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur".
Qeyd edək ki, dolların növbəti dəfə kəskin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən də Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.
Valyutadəyişmə məntəqəsində çalışanlar sabah dolların 10 qəpik bahalaşacağın bildiriblər.
Qaynar.info