Xəbər lenti

Merve Özbey Bakıda toya gəldi - FOTOLAR
Maqazin08:42 07.06.2016

Merve Özbey Bakıda toya gəldi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Merve Özbey Bakıda toyda oxudu 

Son zamanlarda müxtəlif türk məşhurlarının paytaxtımızın qonağı olmasının şahidi oluruq. Bəzilər konsert verməyə, bəziləri isə toylarımızda iştirak etmək üçün gəlir. Məsələ orasındadır ki, bir çoxları ölkədəki toylara gizlin gəlib, gedirlər.

Qaynarinfo.az xəbər verir ki, belə gizlin gələn məşhurlardan biri də Merve Özbey və bəstəkar Emre Kınay oldu. Helal Ettim mahnısı ilə Türkiyədə gündəmə gələn Merve ve Emre Bakıdakı toyların birində iştirak edib. Bakıda olduqlarını sosial şəbəkədən sevənləri ilə paylaşan məşhurlar hətta foto da paylaşıblar.

Onların iştirak etdiyi toyun aparıcıları isə Afaq Gəncəli və İlkin Həsəni olub. Türk məşhurlarının Bakıdakı fotolarını təqdim edirik.

Qaynarinfo.az