Xəbər lenti

Məryəm Üzərli Ərəbistanda qanunları pozdu - Qamçılana bilər
Maqazin10:46 24.03.2017

Məryəm Üzərli Ərəbistanda qanunları pozdu - Qamçılana bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ərəbistanda işgüzar səfərdə olan Türkiyənin məşhur aktrisası Məryəm Üzərli ölkə qanunlarını pozub. O, kişilərin olduğu ictimai yerdə baş örtüyü açıb. 
"Qaynar" istipress-ə istinadən xəbər verir ki, aktrisanın baş örtüyü olmadığı şəkli həmin məkanda olan insanlar çəkib və paylaşıb.
Qalmaqala
Qalmaqala səbəb olan şəkil
Kosmetika firmasının siması seçilən aktrisa ilə bərabər bir neçə xanım da eyni addım atıb. Onların bu görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Ərəbistan qanunlarına görə ictimai yerlərdə, xüsusilə də kişilərin olduğu məkanlarda qadınların baş örtüksüz gəzməsi qəti qadağandır. Belə olduğu halda qamçılanmaq və buna bənzər bir çox ciddi cəzalar verilir.
M. Üzərli Ərəbistanı tərk edənə kimi qalmaqala səbəb olan fotolar ölkə rəhbərliyinə çatsa, o, cəzalandırıla bilər.
Qaynar.Az