Xəbər lenti

Məsciddə partlayış: 25 terrorçu öldü
Dünya12:06 04.07.2015

Məsciddə partlayış: 25 terrorçu öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyanın İdlib əyalətindəki bir məsciddə partlayış baş verib. “Qafqazinfo”nun məlumatına görə, Əl-Qaidə əlaqəli Nusra Cəbhəsinin ən az 25 üzvün öldüyü bildirilib. 
Suriya İnsan Hüquqları Mərkəzi açıqlamasında Əl-Qaidə əlaqəli Nusra Cəbhəsi üzvləri dünən iftar üçün Suriyanın şimal-qərbində olan Ariha şəhərindəki Salem Məscidinə gedib. Bu sırada meydana gələn partlayışda Nusra Cəbhəsinə üzv olan 25 nəfər həyatını itirib. 
Müxalifət yönlü saytlar isə ölü sayının 40-dan çox olduğunu idda edib. 
Digər tərəfdən partlayışı heç bir təşkilat öz üzərinə götürməyib. Nusra Cəbhəsi isə hücumdan İŞİD-i günahkar çıxarıb. 
Qeyd edək ki, Türkiyə sərhədinə 55 km uzaqlıqdakı İdlib şəhəri mart ayında Nusra Cəbhəsi ələ keçirmişdi.
Qaynar.info