Xəbər lenti

Məşhur aktyor ağır vəziyyətdədir
Dünya12:36 09.01.2014

Məşhur aktyor ağır vəziyyətdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçən il onurğasından zədə alaraq xəstəxanaya yerləşdirilən aktyorun vəziyyəti heç də ürəkaçan deyil


Türkiyənin məşhur aktyoru Cüneyt Arkının vəziyyəti pisləşib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün aktyor yas mərasimlərinin birinə qatılıb. Məşhur aktyor həyat yoldaşı, oğlu və gəlini ilə birgə mərasimdə iştirak edib.

Onun hərəkət edərkən çətinlik çəkməsi, oğlunun köməyi ilə ayağa durması gözdən qaçmayıb. Keçən il onurğasından zədə alaraq xəstəxanaya yerləşdirilən aktyorun vəziyyətini heç də ürəkaçan deyil.

Aktyor qohumlarının başsağlığını da oturduğu yerdən qəbul edərək, ayağa durmayıb. Hərəkət edərkən çətinlik çəkən aktyorun bu vəziyyəti türk tamaşaçılarını və sevənlərini xeyli üzüb.


Qaynar.info