
Tanınmış komik Saşa Baron Koenin baş rolda çəkildiyi "The Brothers Grimsby" filminin Londonda təqdimatı olub.
Milli.Az The Sun-a istinadən bildirir ki, rejissor Lui Leteryenin filminin ssenari müəllifləri Saşa Baron Koen, Piter Beynhem və Fil Conston, bəstəkarları Erran Baron Koen və Devid Bakli, baş operatoru Oliver Vuddur.
Baş rollarda Saşa Baron Koenlə yanaşı, Rebel Uilson, Ayla Fişer, Annabel Uollis, Yen MakŞeyn, Qaburoi Sidibe, Temsin Eqerton və dünyanın "Yuri Boyka" kimi tanıdığı Skott Edkins çəkiliblər.
"Sony Pictures" kinostudiyasının çəkdiyi bu film uşaq evindən övladlığa götürülmüş Qrimsbi qardaşlarından bəhs edir. Övladlığa götürüləndən sonra ayrılan qardaşlar böyüyəndə, 28 il sonra qarşılaşırlar. Onlardan biri Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin agenti, killerdir, digəri isə fanatik futbol azarkeşi, xuliqandır.
Qardaşlar qlobal terror təhlükəsinin qarşısını almaq üçün birləşirlər.
Saşa Baron Koen "Qrimsbi" səmtində yaşayan "Nobi" rolunu oynayır. O, dünyanı ən təhlükəli virusla təhdid edən terrorçularla mübarizə aparır, qardaşını "gizlədir" və sonucda "pis oğlanlar"a qalib gəlir.
Dünən Londonda filmin təqdimatı və qala-premyerası olub.
Lester meydanındakı mərasimə 44 yaşlı Saşa Baron Koen tumanda qatılmışdı. Onun saç düzümü isə məşhur müğənni Layam Qallaheri xatırladırdı.
Qaynar.info