Xəbər lenti

Məşhur argentinalı ulduz karyerasını bitirdi
İdman 11:52 19.10.2022

Məşhur argentinalı ulduz karyerasını bitirdi

Argentinalı ulduz Qonsalo İquayn karyerasını biirdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, İquayn mövsümün sonunda futboldan ayrılacağını açıqlamışdı.
 
Məşhur ingiltərəli futbolçu Devid Bekhemin rəhbərlik etdiyi "İnter Mayami"də forma geyinən hücumçu son matçını MLS-də pley-off mərhələsinin birinci turunda "Nyu York Siti”yə qarşı keçirib. "Nyu York Siti"nin 3:0 hesablı qələbə isə başa çatan görüşdən sonra butslarını mismardan asmağa qərar verib. O, peşəkar futbolçu karyerasının son matçından sonra emosiyalarına hakim ola bilməyib və ağlayıb.
 


Hücumçunun cari mövsümdəki göstəriciləri 31 oyunda 15 qol və 3 məhsuldar ötürmə olub.

Argentinanın məşhur klublarından olan "River Pleyt"in yetirməsi 19 yaşında "Real"a yollanıb və 7 mövsüm Madrid klubunun formasını geyinib. Daha sonra Avropa nəhənglərindən "Napoli", "Yuventus", "Milan", "Çelsi" kimi klublarda çıxış edən ulduzun son klubu ABŞ-ın MLS liqası təmsilçisi "İnter Mayami" olub.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->