Xəbər lenti

Məşhur astronavt dünyasını dəyişdi
Dünya07:01 07.01.2018

Məşhur astronavt dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aya səyahət etmiş və ilk kosmik gəmi pilotu statusunu qazanmış NASA astronavtı Con Yanq dünyasını dəyişib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Hyustondakı evində dünyasını dəyişən 87 yaşlı Yanqın ölüm səbəbi kimi sətəlcəm göstərilib. 
İlk dəfə 1960-cı illərdə "Gemini" proqramıyla kosmosa gedən astronavt 1972-ci ildə "Apollo 16"nın pilotu olaraq kosmosa səyahət edib. O həmçinin "Columbia" kosmik gəmisi ilə də kosmosa yollanıb. Aya ayaq basan şəxslərdən olan Con Yanq kosmosa 6 dəfə gedən ilk, Ayda yeriyən 9-cu astronavt statusunu qazanıb.
Gülşən