İdman 13:13 23.02.2023

Məşhur Avropa klubu "Qarabağ"ın futbolçusunu istəyir

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Belçika mətbuatında məlumatlar yer alır. 23 yaşlı futbolçu ilə ölkənin köklü klublarından olan "Anderlext” maraqlanır. Mətbuatda yazılanlara görə klub Cəfərquliyevi daha yaxından görmək məqsədilə "Gent" - "Qarabağ" matçına skaut göndərəcək. 

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Gelamko Arena"da baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00:00-da səsləndiriləcək.
 
Bakıdakı ilk görüşdə "köhlən atlar" 1:0 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, "Anderlext" Belçikanın ən titullu klubudur. Brüssel şəhərini təmsil edən klub tarixi ərzində 34 dəfə ölkə çempionu olub və rekord hesab olunur. Bundan başqa "Anderlext" ölkə kubokunu (9 dəfə), Liqa Kubokunu (3), Belçika Super Kubokunu (13), UEFA Kubokunu (1), Kuboklar Kubokunu (2) və Avropa Super Kubokunu (2) qazanıb.

Səbuhi Həsənov