Xəbər lenti

Məşhur fransız mütəxəssis: "Qarabağ" "Marsel"i "süpürdü"
İdman16:46 19.02.2022

Məşhur fransız mütəxəssis: "Qarabağ" "Marsel"i "süpürdü"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenek "Olimpik Marsel"in evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışıb. 
Qaynarinfo xəbər verir ki, 70 yaşlı mütəxəssis məşhur "LEquipe” açıqlamasında görüşü dəyərləndirib:
"Qarabağ” kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik. Rəqib "Marsel”i meydanda "süpürdü”. "Qarabağ”ı çətinliyə salmadıq. Bəzən insanı narahat edən qələbələr olur. Bəzi oyunçular gözlənilən kimi çıxış etmədi. İkinci qolda Arkadiuş Milik oyundankənar vəziyyətdə deyildi. Rəqibin də iki hücumunda ofsayd yox idi”.
Domenek 2004-2010-cu illərdə Fransa yığmasına rəhbərlik edib.
"Qarabağ”la "Marsel” arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.