"Atletiko" (Madrid) və "Çelsi"nin sabiq futbolçusu Dieqo Koşta mərc kontorları ilə işbirliyinə getməkdə günahlandırılır.
Qaynarinfo xəbər verir ki, hazırda Braziliya klubu "Atletiko Mineyro"nun formasını geyinən ulduz futbolçunun adı idman mərcləri tərkibli qumar, vergidən yayınma və cinayətkarlıqda çəkilir. Federal polis Braziliya əsili ispan futbolçunun bir çox cinayətlərdə ittiham olunan "Esportenet"in sahiblərindən və maliyyə operatorlarından biri hesab edir.
Braziliya mətbuatına görə Sercipdə yaşayan Koştanın evi polis tərəfindən axtarılıb, ancaq heç nə tapılmayıb. Polisdən axtarışlarla bağlı ətraflı məlumat verilməsə də əməliyyatın ikinci mərhələsində ağıllı telefonlar, müxtəlif cihazlar, sənədlər və 628 min Braziliya realı ələ keçirildiyi bildirilib.
32 yaşlı hücumçunun İspaniyada olarkən leqal mərc oyunlarında iştirak etməsinin onu hədəfə çevirdiyi iddia olunub. Klubdan futbolçuya hüquqi dəstək veriləcəyi açıqlanıb.
Səbuhi Həsənov