Xəbər lenti

Məşhur futbolçu həbs olundu
İdman17:47 02.11.2018

Məşhur futbolçu həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Danimarka millisinin və Norveçin "Rusenborq” klubunun futbolçusu Niklas Bendtner həbs olunub.
Qaynarinfo xəbər verir ki, təcrübəli futbolçu taksi sürücüsünü vurmaqda təqsirli bilinir.
30 yaşlı hücumçu 50 gün həbs cəzasına məhkum edilib. Bundan başqa Bentdner zərərçəkən şəxsə 1000 funt-sterlinq təzminat ödəyəcək.
Məsələ burasındadır ki, Bentdner senytabr ayında taksi sürücüsünün məvacibini ödəməkdən imtina edib. Sürücü isə həmin an futbolçunu söyüb. Danimarkalı oyunçu isə onun çənəsini sındırıb.
Qeyd edək ki, Niklas Bentdner karyerası ərzində İngiltərənin "Arsenal” və İtaliyanın "Yuventus” klublarının da şərəfini qoruyub.