
İngiltərənin "Arsenal" klubunun ulduz futbolçusu danimarkalı Niklas Bendtner sensasiya yaradacaq hərəkətləri ilə gündəmə gəlib.
Qaynar.info xəbər verir ki, iddialara görə, Bendtner Londonda yaşadığı mənzildə idman salonunun qapısını təpiklədiyi və pəncərəsini sındırdığı üçün həbs olunub.
Ancaq futbolçunun etdiyi hərəkətlər təkcə bundan ibarət olmayıb.
Şahidlərin sözlərinə görə, Bendtner və dostları mübahisə etdiyi qonşusunun mənzilinə gələrək qapısını təpikləyib. Qapını açan qonşusuna isə bağırıb: "Bir kəlimə etsən arvadına təcavüz edərəm".
Qaynar.info