Donetsk "Şaxtyor”unun direktoru məşhur sabiq xorvatiyalı futbolçu Darijo Srna Ukraynadakı uşaq futbol akademiyalarının Xorvatiyaya köçürülməsinə köməklik edə biləcəyini deyib.
Qaynarinfo Ukrayna mətbuatına istinadən xəbər verir ki, veteran futbolçu bunları söyləyib: "Mən Xorvatiya hökumətinin adamları, baş nazir və onun müavini ilə danışdım. Direktora dedim ki, bütün akademiyaların Xorvatiyaya göndərilməsini qəbul edə bilərik. Zaqreb "Dinamo”su, "Split” (Hayduk) da bu məsələdə kömək etməyə hazırdırlar. Onların akademiyalarında 85-dən çox uşaq, 60 yaşdan yuxarı bir neçə məşqçi var. Həftədə dörd dəfə məşq edirlər, yoldaşlıq oyunları keçirirlər. Mən də o oyunların birində idim, gözəl oynayırlar. Uşaqlar bizim gələcəyimizdir. Bu gün mən ukraynalıyam, bütün dünya da Ukraynadır. Əminəm ki, müharibə bitəcək və hər şey yaxşı olacaq. Buna inanmaq lazımdır. Biz güclü olacağıq. Mən onlara etdikləri hər şeyə görə təşəkkürümü bildirirəm. Fəxr edirəm ki, Ukraynada yaşamışam və yaşayacağam. Mən fəxr edirəm ki, indi qəhrəman olan insanlarla, prezidentimlə, "Şaxtyor” azarkeşləri ilə, humanitar yardımla işləyən insanlarla, hərbçilərlə, prezidentə yaxın insanlarla rastlaşdım. Hamısı bu günün qəhrəmanıdır. Onlara təşəkkür edirəm”.
Səbuhi Həsənov