Xəbər lenti

Məşhur futbolçu ürəyindəki problemə görə karyerasını bitirir
İdman05:58 26.12.2016

Məşhur futbolçu ürəyindəki problemə görə karyerasını bitirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə ABŞ millisinin və “Sietl Saunders” klubunun hücumçusu Klint Dempsi karyerasını bitirməyə hazırlaşır. 

Qaynarinfo.Az xəbər verir ki, bu barədə MLS təmsilçisinin baş direktoru Qart Laqerui “Fox Sport”a açıqlamasında məlumat verib.

O, ürəyində problem olan hücumçunun karyerasını davam etdirib-etdirməyəcəyinin məlum olmadığını deyib: “İndiki vəziyyətdə biz onun karyerasını davam etdirib-etdirməyəcəyini bilmirik, ancaq böyük ehtimalla Klint futbolla vidalaşacaq”.

33 yaşlı futbolçu ürəyində olan problemə görə bir müddətdi yaşıl meydanlardan kənarda qalıb. O, sonuncu dəfə bu ilin avqust ayında meydana çıxıb.

Qeyd edək ki, Klint Dempsi karyerası ərzində “Fulhem”, “Tottenhem” kimi klubların da şərəfini qoruyub.

Qaynarinfo.Az