
Tanınmış müğənninin qızı hamını təəcübləndirdi.
"Mançester Siti"nin futbolçusu Samir Nəsri paparatsilərə yaxalanıb. ANS PRESS-in məlumatına görə, Fransa millisinin sabiq üzvünün yanında məşhur müğənni Lionel Riçinin 17 yaşlı qızı Sofiya Riçi olub.
Gözəlliyi ilə hamının diqqət mərkəzində olan Sofiya Hollivudda futbolçunun 29-cu ad gününü qeyd etdiyi partiyə qatılıb və Samirlə əl-ələ məkanı gizlicə tərk etməyə cəhd göstərib.
Samir Nəsri 2012-ci il keçirilən Avropa çempionatında komandasının İspaniyaya 2-0 hesabı ilə məğlub olduqları qarşılaşmanın ardından bir jurnalistlə yaşadığı qalmaqal sonrası Fransa Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılmışdı. Ondan sonra Samir Nəsri milli komandaya dəvət almayıb.
Bu hadisədən sonra Samir Nəsri jurnalistlərə açıqlamasında etdiyi hərəkəti bir daha təkrarlamayacağına söz verib: “Hamıdan üzr istəyirəm. O zaman peşəkar futbolçu kimi davranmadım. Bu bir daha təkrar olmayacaq.
Artıq gələcəyi düşünmək lazımdır. Mən kimsəni öldürmədim. 2010-cü il Dünya Çempionatında bundan böyük hadisələr olmuşdu”. -deyə futbolçu qeyd etmişdi.
Fransada bir çoxlarının "Yeni Zidan" adlandırıdığı Nəsri Fransada əlcəzairli ailəsində dünyaya gəlib və ənənəvi müsəlman ailəsində böyüyüb.
Qaynarinfo.az