Xəbər lenti

Məşhur jurnalist qətlə yetirildi - FOTOLAR
Dünya06:37 20.07.2016

Məşhur jurnalist qətlə yetirildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada məşhur jurnalist qətlə yetirilib. "Qaynarfino.Az" yerli mediaya istinadən xəbər verir ki, Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub.
Olay bu gün yerli vaxtla 07.45-də baş verib. Jurnalist çalışdığı "Radio Vesti"yə gedərkən yolda avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nın rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.
Qeyd edək ki, P. Şeremet 5 il əvvəl Ukraynaya köçüb. Buna qədər isə o, Rusiyanın “1-ci kanal”ında həftəlik analitik proqram “Vremya”nın aparıcısı, daha sonra “Oqonyok” jurnalının redaktoru olub.
Qaynarinfo.Az