
Bu gün Türkiyədə olduğu qədər Azərbaycanda da məşhur olan Ayla Çəliyin ifasında səslənən "Bağdat" mahnısı əslində psixoloji problemlər üzərində qurulubmuş
Qaynarinfo.Az xəbər verir ki, bu barədə atv.az-a açıqlama verən psixoloq Günel Aslanova bildirdi ki, mahnının müəllifi obsessiv-kompulsiv pozuntudan əziyyət çəkənə oxşayır:
"Təsadüfən bu mahnının sözlərinə diqqət etdim. "Dün gecə tam 3 ay 1 gün oldu", "Kaç öpücük olmuş saydım inanamazsın", "Yine seni sevmekden başqa bi şey yapmadım bugün", "Ne qazete okudum".
Sevgi əzab deyil xoşbəxtlikdir. Sevgini ağlamaq, sızıldamaq, dərd çəkmək və s. bu kimi mənfiliklərlə eyniləşdirənlər çox pis şəkildə yanılırlar. Bu kimi hallar varsa depresiya, konversion, OKP, şəxsiyyət pozuntuları kimi psixoloji xəstəliklərdən əziyyət çəkmə ehtimalınız yüksəkdir".
Qaynarinfo.Az