Müğənni Şerin oğlu İlyas Blu Allman anasının ona qəyyumluq almaq istəyinə etiraz edib.
Qaynarinfo bu barədə "Fox News"a istinadən xəbər verir.
47 yaşlı Allman Şerin iddiasına cavab olaraq təqdim etdiyi sənədlərdə anasının narahatlığına səbəb olan qeyri-qanuni maddələrdən istifadəni dayandırdığını və öz maliyyəsini təkbaşına idarə edə bildiyini bildirib.
Bundan əlavə, Allman əlavə edib ki, həyat yoldaşı Mariangela Kinqlə münasibətlərini bərpa etmək yolundadır. Mariangela Kinq isə bildirib ki, Şer qəyyum roluna uyğun deyil. Qadının sözlərinə görə, müğənninin kobud davranışının şahidi olub və bundan özü də əziyyət çəkib.
Allman müğənninin 1975-ci ildə Sonni Bono ilə boşandıqdan bir neçə gün sonra evləndiyi musiqiçi Qreq Allmandan olan oğludur. Şer məhkəmə iddiasında psixi sağlamlıq problemləri və asılılıq səbəbiylə oğlunun ona gələn bütün pulları xərclədiyini və həyatını riskə atdığını iddia edib.
Aydın