
Meksikada "Tamplier cəngavərləri ordeni" narkokartelinin axtarışda olan koordinatoru Qreqori Abexa həbs olunub.
Qaynar.info-nun məlumatına görə, Abexanın həbs olunması ilə bağlı Meksika hökumətinin rəsmisi Eduardo Sançes xəbər verib.
Abexa Meksikadakı narkotraffikin təşkilinin əsas fiqurlarından sayılır. Məşhur narkobaron təkcə narkotika qaçaqmalçılında deyil, həm də adam oğurluğunda ittiham olunur.
Bir müddət əvvəl Meksika hökuməti Abexanın tutulması üçün 3 milyon peso (240 min dollar) mükafat təyin etmişdi.
Qaynar.info