Əməkdar artisti, məşhur pianoçu İsfar Sarabskiyə ikinci dəfə "Alman Caz” mükafatı veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bildirib ki, mərasim aprelin 27-də Almaniyanın Bremen şəhərində gerçəkləşəcək:
"Tədbir tamaşaçılar qarşısında baş tutacaq. Hazırkı caz səhnəsinə şahidlik edən 31 fərqli kateqoriyada müxtəlif maraqlı canlı ifaları və 81 nominasiyanı səbirsizliklə gözləyə bilərsiniz. "İlin beynəlxalq debüt albomu” kateqoriyasında ən yaxşı musiqiçilər arasında namizəd olmaqdan şərəf duyuram və xoşbəxtəm”.
Bahar Rüstəmli