Xəbər lenti

Məşhur “qanuni oğru” həbs edildi
Dünya07:21 30.05.2015

Məşhur “qanuni oğru” həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Moskvanın Naro-Fominsk rayon məhkəməsi “qanuni oğru” Konstantin Borisovun (Kostya Kostıl) həbs edilməsi barədə qərar verib. 
Aznews.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə “avtoritet”i 2 aylığına həbs edib. Kostya qanunsuz narkotik əldə etmə, saxlama, daşıma və hazırlanmaqda ittiham olunub. 
Xatırladaq ki, 46 yaşlı “qanuni oğru” Naro-Fomiskdə saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində 9 qr heroin, travmatik tapança və odlu silah aşkarlanıb. 
“Qanuni oğru”nun vəkili isə hesab edir ki, heroin saxlanma zamanı onun müvəkkilinin üzərinə atılıb.
Qaynar.info