Xəbər lenti

Məşhur "qanuni oğru" həbs edildi
Dünya17:04 13.10.2013

Məşhur "qanuni oğru" həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Kiyev şəhərində xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı yezidi kürdü olan “qanuni oğru”, 37 yaşlı Qadi Kolayan həbs edilib. 

Qaynar.info Aznews.az-a istinadən xəbər verir ki, onunla birlikdə cangüdəni, beynəlxalq dərəcəli idman ustası Zoqrab Ozmanyan da saxlanılıb. 

Qeyd edək ki, kriminl aləmdə Onik kimi tanınan “qanuni oğru” 3 il Ukrayanya gəlmək qadağan edilib. 

Ermənistandan olan yezidi kürdü ötən ilin 12 iyulunda Ded Xasan klanına daxil olan üzvlərin keçirdiyi “sxodka”da taclandırılıb. Ona müsbət rəy verən isə Ded Xasanın yaxın qohumu Valeri Farizov olub.

Bundan bir il əvvəl də Onik Qela Kardava və Timuri Mirzoyevin də iştirak etdiyi “sxodka”da saxlanmışdı.

Məlumatlara görə, Onik hazırda kriminal aləmdə baş verən qarşıdurmalara çox müdaxilə etmir və əsasən yezidi kürd olan “oğru”larla əlaqə saxlayır.

Qaynar.info