Xəbər lenti

Məşhur rus müğənninin qızından Azərbaycana jest
Ölkə16:32 20.10.2014

Məşhur rus müğənninin qızından Azərbaycana jest

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heç vaxt qalmaqallara qarışmayan Rusiya estrdasının sevilən müğənnisi Stas Mixaylovun azərbaycanlı pərəstişkarlarına xoş sürprizi olub.
ANS PRESS-in məlumatına görə, bu dəfə özü deyil, onun 5 yaşlı qızı İvana diqqət mərkəzində olub. Belə ki, balaca qızcığaz Azərbaycan milli geymində xalq mahnımız "Sarı Gəlin"in sədaları altında rəqs edib. Onun rəqsini anası İnna Mixaylova videoya çəkərək öz instagram səhifəsində paylaşıb.
Videonun məhz 18 oktyabr - Azərbaycanın Müstəqillik günündə paylaşılması azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Stas Mixaylov "Forbes" jurnalının rəyinə görə Rusiya şou-biznesinin ən varlı sənətçisidir. Onun 2-4 may tarixlərində Heydər Əliyev sarayında anşlaqla konserti keçmişdi. Müğənni konsertdən sonra müsahibələrində Bakının gözəlliyinə və insanların qonaqpərvərliyinə heyran qaldığını bildirmişdi.
Qaynar.info