Xəbər lenti

Məşhur tarixçi dünyasını dəyişdi
Dünya07:30 20.05.2018

Məşhur tarixçi dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya şöhrətli amerikalı tarixçi Bernard Levis dünyasını dəyişib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 31 may 1916-cı ildə Londonda dünyaya gəlmiş Levis Prinston Universitetinin professoru, İslam tarixi, Yaxın Şərq, İslam-Qərb münasibətləri üzrə mütəxəssis idi. 
Yəhudi əsilli Bernad Levis sabiq ABŞ prezidenti Corc Buşun məsləhətçisi vəzifəsində çalışıb. 
Qeyd edək ki, Levis 1993-cü ildə qondarma erməni soyqırımının "soyqırım" olmadığını demiş, müharibənin detallarından biri adlandırmış və bu mövqeyi Paris məhkəməsi tərəfindən "erməni soyqırımının inkarı" kimi dəyərləndirilərək ona simvolik 1 frank pul cəzası verilmişdi.
Gülşən