
Fransanın məşhur tarixçilərindən olan Dominik Venner Parisin Notr Dam Monastrında intihar edib.
Qaynar.info-nun məlumatına görə, radikal sağçı olan 78 yaşlı tarixçinin monastrda tapançanı ağzına dayayaraq intihar etdiyi bildirilib.
Vennerin intihar etdiyi yerdə öz əli ilə yazdığı məktub tapılsa da, rəsmilər məktubda nələrin yazıldığı ilə bağlı məlumat verməyiblər.
Çoxlu tarixi əsərləri olan tarixçinin özünün internet səhifəsində intihar edəcəyi ilə bağlı mesaj yazdığı, Fransada eynicinslilərin evliliyinə icazə verən qanuna etiraz əlaməti olaraq xalqı aksiyalara çağırdığı bildirilib.
Qaynar.info