Xəbər lenti

Məşhur terror təşkilatı Krımı tərk etdi
Dünya19:58 28.04.2014

Məşhur terror təşkilatı Krımı tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Hizb ut-Təhrir əl-İslam” təşkilatı fəalları və üzvləri Rusiyanın işğalından sonra Krımı tərk etməyə başlayıblar.

 “Axar.az” xəbər verir ki, bu barədə Ümumdünya Tatar Konqresinin sədri Renat Valiullin bildirib.

 “Krımda və Simferopolda kifayət qədər məscid var. Bundan başqa Ukraynada kifayət qədər geniş yayılmış “Hizb ut-Təhrir” partiyası da fəaliyyət göstərir. Bu təşkilat Ukraynada qadağan olunmasa da, Rusiya tərəfindən terrorçu təşkilat elan olunub“ deyə Valiullin bildirib.

Onun sözlərinə görə, Krımın işğalından sonra İslam təşkilatının fəallarının əksəriyyəti Krımı tərk edib. Buna baxmayaraq, Valiullin konkret rəqəm söyləmək istəməyib.

“Hizb ut-Təhrir” təşkilatı 1953-cü ildə Şərqi Qüdsdə yaradılıb. Təşkilat Avropa Birliyi, eləcə də Rusiyada terrorçu təşkilat kimi qadağan olunub.

Qaynar.info