Xəbər lenti

Məşhur türk aktrisa vəfat etdi
Dünya 16:22 23.01.2019

Məşhur türk aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa Ayşən Qruda 74 yaşında vəfat edib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, aktrisa müalicə olunduğu "Kağıthane Derindere" Xəstəxanasında həyatını itirib.

Qeyd edək ki, Ayşən Qruda 1944-cü il 22 avqustda İstanbulda dünyaya gəlib. O, "Tosun Paşa”, "Süt Kardeşler”, "Şabanoğlu Şaban”, "Hababam Sınıfı", "Neşeli Günler”, "Çöpçüler kralı" kimi klassik türk filmlərində, bir çox seriallarda, teatr tamaşalarında canlandırdığı obrazlarla yadda qalıb.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->