Türkiyəli hakim Ali Palabıyık hakimlikdən ayrılıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb. Hakim heyətində dəyişiklik olduğunu açıqlayan TFF, Ali Palabıyıkın öz istəyi ilə karyerasına son qoyduğunu bildirib. Əvəzində Hüseyin Göçek və Suat Arslanboğanın VAR hakimi olaraq karyeralarını davam etdirəcəkləri nəzərə çatdırılıb.
Hakimlik karyerasına 2000-ci ildə başlayan və 2023-cü ilə qədər Türkiyədə 474 peşəkar matçda iştirak edən Ali Palabıyık, Superliqada 175, Birinci Liqada 40, Türkiyə Kubokunda 11 matçda fit çalıb. 2012-ci ildə yüksək dərəcəli hakimlik kateqoriyasına qalxan Palabıyık 2015-ci ildən FİFA referisidir. Ali Palabıyık 60 beynəlxalq yarışa hakim təyin edilib və Çempionlar Liqasında 3 matçda fit çalıb.
Səbuhi Həsənov