Məşhur fransız tarixçisi və yazıçısı Alen Deko 90 yaşında dünyasını dəyişib.
Deko geniş tamaşaçı auditoriyasına tele və radio aparıcısı kimi də tanışdır. 1966-cı ildə o, “Anjelika və kral” romanının ekranlaşdırılmasında tarixi konsultant kimi iştirak edib. Alen Deko elmi fəaliyyətlə də məşğul olub. 70-dən çox elmi işin və kitabın müəllifidir.
O, elmi fəaliyyətinə 1946-cı ildə Napoleon və onun anası haqda yazdığı kitabıyla başlayıb. Yaradıcılığı ilə əlaqədar bir çox beynəlxalq mükafatlara layiq görülüb. (axsam.az)
Qaynar.info